Tolqa Rəşad Sadıqovun güdazına getdi
28.01.2009 - 11:23
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldığı Türkiyənin “Kocaelispor” klubunun rəhbərliyi fövqəladə yığıncaq keçirib. Apasport.az saytının məlumatına görə, maddi durumu və transferləri müzakirə edən izmitlilər 4 futbolçunun heyətdən kənarlaşdırılmasına qərar verib. Bu oyunçuların transferə çıxarılacağı, yoxsa ikinci komandaya göndəriləcəyi dəqiqləşməyib. Lakin əsas komandadan kənarlaşdırılan oyunçuların adları məlum olub. Belə ki, “Kocaelispor” Tolqa Seyhan, Anmet Dursun, Umut Kekilli və Koray Göksunun xidmətlərinə ehtiyac duymur. Bir müddət əvvəl karyerasını Azərbaycanda davam etdirmək istədiyini açıqlayan Tolqanın komandadan kənarlaşdırılmasında Rəşadın da rolu olub. Belə ki, yığmamızın kapitanı Türkiyə milli komandasının sabiq oyunçusunu heyətdən sıxışdırıb çıxara bilib. Mərkəz müdafiəçimiz Superliqanın XVII turunda məhz Tolqanın mövqeyində yer alıb.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0