Aleksandr Civadze də Bakıya gəldi
28.01.2009 - 11:26
Gürcüstan milli komandasının sabiq baş məşqçisi Aleksandr Çivadze Azərbaycana gəlib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Tiflisin “Dinamo” klubunda çıxışı ilə tanınan, Kuboklar Kubokunu qazanan 54 yaşlı veteran futbolçu AFFA-nın dəvət ilə Bakıya təşrif buyurub. Çivadze bu gün Bakı İdman Sarayında II Bakı Beynəlxalq Futzal Turnirinin təntənəli bağlanış və mükafatlandırma mərasimində iştirak edəcək.
Qeyd edək ki, AFFA bugünkü tədbirə digər futbol veteranlarından – Əhməd Ələsgərov, Nikolay Boqdanov və Vladimir Maslaçenkonu da dəvət edib.
Qeyd edək ki, AFFA bugünkü tədbirə digər futbol veteranlarından – Əhməd Ələsgərov, Nikolay Boqdanov və Vladimir Maslaçenkonu da dəvət edib.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0