Robinyo həbs edildi
28.01.2009 - 11:55
Robinyo həbs edildi
Braziliya yığmasının hücumçusu Robinyo həbs olunub. “Mançester Siti”də çıxış edən 25 yaşlı futbolçu Böyük Britaniyada gecə klublarının birində 18 yaşlı qızı zorladığına görə təqsirləndirir. Apasport.az saytının məlumatına görə, zərərçəkənin polisə rəsmi müraciətindən sonra Robinyo haqda belə ölçü götürüb.

Robinyonun internet potalında mətbuat katibi məsələyə münasibət bildirib: “Biz Robinyonun istintaqla əlaqədar polis orqanlarının nümayəndələri ilə görüşdüyünü təsdiqləyirik. Futbolçu kriminalla bağlı ünvanına səslənən istənilən ittihamları təkzib edir. Heç bir pis iş görmədiyini hesab edən Robinyo və istintaq orqanları əməkdaşlıq etməyə məmnuniyyətlə razıdır”.
0