“Arsenal” azərbaycanlı futbolçunu sınamaq istəmir
28.01.2009 - 11:56
“Arsenal” azərbaycanlı futbolçunu sınamaq istəmir
Ukraynanın “Arsenal” klubunun baş məşqçisi Aleksandr Zavarov Azərbaycanın gənclərdən ibarət milli komandasının oyunçusu Rüstəm Novruzova şans vermir. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən kiyevlilər ardıcıl iki yoxlama oyunu keçirib. Lakin baxışda olan həmyerlimiz nə Ukraynanın “Vorskla”, nə də Polşanın “Arka” komandası ilə görüşdə şans qazanıb. “Arsenal”ın Türkiyə toplanışına apardığı Novruzovun yanvarın 30-da keçiriləcək matçda sınanacağı hələ məlum deyil. Həmin gün kiyevlilər Rusiyanın “Sibir” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Novruzov müqavilə ilə “Bakı” klubuna məxsusdur.
0