UEFA Superkubokunun qalibi nümayəndələrini Azərbaycana göndərir
28.01.2009 - 12:01
UEFA Superkubokunun qalibi nümayəndələrini Azərbaycana göndərir
Belçikanın “Anderlext” klubunun rəhbərliyi Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, “Bakı” komandasının 19 yaşlı futbolçuları – qapıçı Aqil Məmmədovla hücumçu Bəxtiyar Soltanov bir neçə gündür Brüssel təmsilçisinin gənclərdən ibarət komandasında baxışdadır. “Bakı” UEFA Superkubokunu qazanan “Anderlext”lə əməkdaşlıq etməkdə maraqlıdır. Belə təklif alan Belçika çempionu nümayəndə heyətini Bakıya göndərməyə qərara alıb. “Anderlext”in baş meneceri Herman van Holsbak vəziyyətlə yerində tanış olmaq fikrində olduqlarını bildirib: “Yaxın vaxtlarda nümayəndələrimiz Azərbaycana gələcək. Məqsəd “Bakı” klubunda vəziyyətlə tanış olmaqdır. “Bakı”nın rəhbərliyi bizə əməkdaşlıq etməyi təklif edib. Razılıq verməmişdən öncə bir-birimizi kömək etmək iqtidarında olub-olmadığımızı aydınlaşdırmalıyıq”.
Qeyd edək ki, “Bakı” “Anderlext”lə futbolçu mübadiləsi ilə yanaşı, yoldaşlıq görüşü keçirmək variantını da reallaşdırmaq fikrindədir.
0