Kristof Daum “Bakı”nın transfer siyahısında olan futbolçunu yanına çağırır
28.01.2009 - 13:49
“Bakı” klubunun transfer siyahısında yer alan Tümər Mətin Yunanıstandan növbəti təklif alıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı türkiyəli futbolçunun bu dəfə “Ksanti”yə keçmək variantı ortaya çıxıb. Həmyerlimiz Anatoli Ponomaryovun vaxtilə çıxış etdiyi bu komanda ötən yay Türkiyə yığmasının heyətində Avropa çempionatının bürünc mükafatını qazanan Tümərin xidmətində maraqlıdır.
Mətin ötən ilin ilk dörd ayını icarə əsasında Yunanıstanın “Larisa” klubunda keçirib. Bu komanda Tüməri yenə sərəncamında görmək istəsə də, təcrübəli futbolçu üçün “Ksanti” variantı daha cəlbedici görünür. Bu arada Mətinin Almaniya Bundesliqasında da oynamaq variantı ortaya çıxıb. Kristof Daumun çalışdırdığı “Köln” ona maraq göstərir. Daum “Beşiktaş”da rəhbərliyi altında oynadığı Mətini yenidən sərəncamında görmək istəyir. Vaxtilə Almaniya çempionu olan, hazırda isə ikinci Bundesliqada çıxış edən “Münhen 1860” da türk futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Avropada “transfer pəncərəsi” yanvarın 31-də bağlanır və Mətin də həmin vaxta kimi seçimini etməlidir. Azərbaycan variantını da gündəmdə saxlayan Tümər “Bakı”dan konkret təklif gözləyir. Premyer Liqamızın ikinci dövrəsi üçün “transfer pəncərəsi”nin fevralın 13-də bağlandığını nəzərə alsaq, türk futbolçunun Avropa ilə müqayisədə vaxtı daha çoxdur. “Fənərbaxça”dan birdəfəlik ayrılmaq istəyən Tümər ona görə kompensasiyanın ödənilməməsinə çalışır. Avropada “transfer pəncərəsi”nin bağlanmasını gözləyən “Bakı” həmin vaxt Mətini daha ucuz məbləğə transfer etməkdə maraqlıdır.

0
0