Svetkovun problemini Mənsimov həll etdi
28.01.2009 - 17:52
Svetkovun problemini Mənsimov həll etdi
Bir sıra səbəblər üzündən “Xəzər-Lənkəran”dan ayrılmaq istəyən İvan Svetkovun problemi həll olunub. Bu haqda apasport.az saytına eksklüziv açıqlamasında hücumçunun türkiyəli meneceri Rza Ağacık məlumat verib. Onun sözlərinə görə, İstanbulda “Palmali” Şirkətlər Qrupunun ofisində “Xəzər-Lənkəran” fəxri prezidenti Mübariz Mənsimov görüş bütün suallara aydınlıq gətirib.

“İndi futbolçunun heç bir problemi yoxdur. Biz bu gün İstanbulda Mübariz bəylə görüşdük. Bir neçə məsələni müzakirə edərək, anlaşılmazlıqları aradan qaldırdıq. Əminliklə demək olar ki, Svetkov müqavilə müddətinin sonunadək, yəni yaya qədər “Xəzər-Lənkəran”ın şərəfini qoruyacaq” - deyə Ağacık vurğulayıb.
0