Bekhem məhkəməyə verildi
28.01.2009 - 17:26
Bekhem məhkəməyə verildi
Amerikalı fotoqraf Emikles Da Mata məşhur ingilis futbolçu Devid Bekhemi məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, paparitsilik edən Emikles hazırda “Milan”da icarə əsasında oynayan 34 yaşlı futbolçu və onun mühafizəçisi tərəfindən ötən ilin dekabrında döyüldüyünü iddia edir.

Da Matanın sözlərinə görə, Bekhem onun əlindən fotokameranı alaraq, zibil vedrəsinə tullayıb. Bundan sonra futbolçu ilə mühafizəçisi onu döyməyə başlayıb. Fotoqraf şikayət ərizəsində Bekhemin ona həm fiziki, həm də mənəvi zərbə vurduğunu göstərib. Emikles bunun qarşılığından Deviddən kompensasiya istəyir. Ancaq futbolçudan istənilən məbləğ açıqlanmır.

Qeyd edək ki, artıq məsələyə Bekhemin vəkili də qarışaraq, rəsmi müraciətlə çıxış edib. Onun sözlərinə görə, ittihamın heç bir əsası yoxdur və Da Mata da digər paparatsilər kimi sadəcə məşhurları təxribata çəkir.
0