Mübariz Mənsimov Cem Fələklə niyə görüşməyib?
29.01.2009 - 00:02
Mübariz Mənsimov Cem Fələklə niyə görüşməyib?
“Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Cemə himayədarlıq etmək fikrindədir. Oğlumun klub karyerasında, menecerlik işlərində Mənsimovun rolunun olmasını istəyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasında oynamaq istəyən türkiyəli futbolçu Cem Fələkin atası Vural Fələk deyib.

Almaniyanın Frankfurt şəhərində yaşayan 14 yaşlı futbolçu “Ayntraxt”ın yeniyetmələrdən ibarət komandasında çıxış edir. Ərəb milyarderin sahibi olduğu İngiltərənin “Mançester Siti” klubu Cemə təklif göndərsə də, Vural Fələk Mənsimovun sözünü həlledici sayır: “Biz Mənsimova söz vermişik və vədimizə xilaf çıxmaq istəmirik. Onunla hələ bir müddət öncə görüşməli idik. Noyabrda Bakıya səfərimiz zamanı bizi çox yaxşı qarşıladılar. Mənsimovla görüşdə bütün detalları müzakirə etdik. Anlaşmada heç bir problem qalmadı. Sponsorluq müqaviləsi imzalamaq üçün yeni il ərəfəsində Türkiyəyə yollanmalı idik. Ancaq “Palmalı Şirkətlər Qrupu”na rəhbərlik edən Mənsimovun işi çox olduğundan İstanbula səfərimizi bir qədər sonraya təxirə saldıq”.
0