Xalidu Sissoko: “Bakı”nın məqsədi hamıya məlumdur
28.01.2009 - 18:34
Xalidu Sissoko: “Bakı”nın məqsədi hamıya məlumdur
“Məqsədimiz hamıya məlumdur – çempionluq! Hədəfə çatmaq çətin olsa belə, biz buna inanırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.

Klubun rəsmi internet saytına açıqlama verən 31 yaşlı seneqallı futbolçu rəhbərliyin diqqətini qeyd edir: “Klub rəhbərliyi hazırlığımızı yüksək səviyyədə keçirmək üçün əlindən gələni edir. Antalyada hazırlıq keçmək üçün hər cür şərait var. Bizim öhdəmizə düşən vəzifə isə klubun adına layiq oyun göstərərək, bu qayğının əvəzini verməkdir”.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın kapitanı Rafael Əmirbəyov düşərgədəki əhval-ruhiyyənin əla olduğunu bildirib: “Komandamız çempionatın əsas favoritidir və biz bunu öz oyunumuzla sübut edəcəyik. Hazırlıq prosesinə bir qədər gec qoşulmuşam. Bildiyiniz kimi, bura gəldiyimiz ilk gün məşq zamanı zədələnmişdim. Lakin tezliklə formaya düşüb komandama var gücümlə kömək edəcəyəm”.
0