Şok: Qaynanası yığmanın futbolçusunu silahlılardan xilas etdi
28.01.2009 - 18:45
Şok:  Qaynanası yığmanın futbolçusunu silahlılardan xilas etdi
Avstraliya yığmasının və “Qalatasaray” klubunun futbolçusu Harri Kyuell xoşagəlməz hadisədən qurtulub. Apasport.az saytının məlumatına görə, silahlı oğrular məşhur yarımmüdafiəçinin İngiltərənin Çeşir qraflığında yerləşən evini yarmaq istəyiblər. Ancaq təsadüfən Kyuellin həyat yoldaşı Şer Mörfinin anasının evdə olması oğruların planını alt-üst edib.

Şer Mörfi bununla bağlı belə deyib: “Çox qorxulu bir hadisə ola bilərmiş. Oğrular bağçanın qapısından tullanıb, həyətə daxil olublar və evin qapısını bıçaqla açmağa çalışıblar. Lakin anam onları bağçaya girərkən görüb. Cəsarətli hərəkət edərək, qapını bağlayıb və evin siqnalizasiya sistemini işə salıb. Bunu görən oğrular qaçıblar”.

Kyuell hadisəni eşidən kimi məyusluğunu gizlətməyib. 31 yaşlı yarımmüdafiəçi dərhal evin mühafizə heyətinin artırılması qərarına gəlib. Hazırda Harrinin 3 oğlu İngiltərədə yaşayır. Mörfi həyat yoldaşı Kyuell üçün darıxsa da, Türkiyəyə, onun yanına köçmək niyyətində olmadıqlarını söyləyib.

Qeyd edək ki, İngiltərənin kriminal yerlərindən biri kimi ad çıxaran Çeşir qraflığında son zamanlar xüsusilə oğurluq hadisələrinin sayı artıb.
0