“Mavritaniyadakı kimi, Azərbaycanda da bombardir olmalıyam”
28.01.2009 - 18:52
“Mavritaniyadakı kimi, Azərbaycanda da bombardir olmalıyam”
“Karyeram ərzində bir dəfə - Mavritaniyada bombardir olmuşam. Burada da bunu təkrarlamaq pis olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Papa Cheikouna deyib.

Komandanın rəsmi internet saytına açıqlama verən seneqallı hücumçu bildirib ki, Azərbaycan Premyer Liqasının ən yaxşılarından olmaq niyyətindədir: “Bura gəldiyimə görə çox xoşbəxtəm. Mükəmməl insanların çalışdığı bir klubdayam. Futbolçularımız çox peşəkardır. Belə bir kollektivlə mənim hücumçu kimi bombardir olmaqdan başqa vəzifəm yoxdur. İnşallah, çempionatın gedişi zamanı özümü sübut edəcəyəm”.

Qeyd edək ki, Papa qapıçı Xalidu Sissokodan sonra “Bakı”nın heyətində ikinci seneqallıdır.
0