“Olimpik” toplanışı “sülh”lə bitirdi
28.01.2009 - 20:42
“Olimpik” toplanışı “sülh”lə bitirdi
Bakının “Olimpik” klubu Türkiyə toplanışında sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Əsgər Abdullayevin yetirmələri Rusiyanın “Şinnik” komandası ilə matçda qüvvəsini sınayıb. Ötən il Premyer Liqanı tərk edən Yaroslavl təmsilçisi ilə görüşdə tərəflər qol vura bilməyib – 0:0.

Bu, bakılıların Antalyada 4-cü oyunu idi. Əvvəlki qarşılaşmalarda “Olimpik” “Krılya Sovetov”a (Rusiya) 4:2 hesabı ilə qalib gəlib, “Ural”a (Rusiya) 0:2 hesabı ilə uduzub və “Zuan Yunayted”lə (Cənubi Koreya) sülh bağlamışdı - 1:1.
0