Hiddink Azərbaycanla oyuna kimlə hazırlaşır?
28.01.2009 - 21:19
Hiddink Azərbaycanla oyuna kimlə hazırlaşır?
Rusiya yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Moskvada Azərbaycana qarşı keçirəcəkləri oyunun hazırlığına 20 futbolçu ilə başlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddink Türkiyənin Antalya şəhərində fevralın 8-dən 12-dək keçirəcəyi təlim-məşq toplanışına bu sayda futbolçu aparacaq.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Dinamo”), Vyaçeslav Malofeyev (“Zenit”).

Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Yuri Jirkov, Sergey İqnaşeviç (hamısı MOİK), Renat Yanbayev (“Lokomotiv”).

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov (“Lokomotiv”) , İqor Denisov, Konstantin Zıryanov, İqor Semşov (hamısı “Zenit”), İvan Sayenko (“Spartak”), Alan Dzaqoyev (MOİK), Sergey Semak (“Rubin”).

Hücumçular: Andrey Arşavin, Pavel Poqrebnyak (hər ikisi “Zenit”), Yevgeni Savin (“Krılya Sovetov”), Dmitri Sıçevə (“Lokomotiv”).

Heyətin böyük əksəriyyəti ötən yay Avropa çempionatının bürünc mükafatçısı olan Rusiya yığmasında əsas itki Roman Pavlyuçenko ilə bağlıdır. Belə ki, cari mövsümdən Londonun “Tottenhem” klubunda çıxış edən 27 yaşlı hücumçu yığmanın toplanışı vaxtı Premyer Liqada “Arsenal”la oyunu olduğu üçün iştirak edə bilməyəcək.
0