“Qarabağ” üçüncü dəstənin autsayderindən də güclü deyilmiş  
                    
                    29.01.2009 - 10:29
                        
                    
                        
                        Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qüvvəsini “Elazığspor” klubu ilə görüşdə sınayıb. Azərbaycan Premyer Liqasının ortababı Türkiyə çempionatının üçüncü dəstəsinin autsayderlərindən biri ilə bacara bilməyib – 2:2. İkinci liqanın 5-ci qrupunda birinci mərhələni 10 komanda arasında 9-cu yerdə bitirən elazığlılarla matçda “Qarabağ” məğlubiyyətdən güclə yaxa qurtarıb. Hesabda geri olan təmsilçimiz Zaur Ramazanovun qolu ilə bərabərlik əldə edib. Komandanın ilk qolunu isə Sedat Şahin vurub.
Qeyd edək ki, Antalyada qələbəyə həsrət qalan “Qarabağ” ilk oyunda Albaniyanın “Besa” klubuna minimal hesabla məğlub olmuşdu.
                    Qeyd edək ki, Antalyada qələbəyə həsrət qalan “Qarabağ” ilk oyunda Albaniyanın “Besa” klubuna minimal hesabla məğlub olmuşdu.
                                
                                0
                                
                                0