“Qarabağ” çempionata 70 faiz hazırdır  
                    
                    29.01.2009 - 10:31
                        
                        “Çempionata 70 faiz hazır olduğumuzu qeyd edə bilərəm. Amma qarşıda 2 həftə vaxtımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan ağdamlıların çalışdırıcısı klubun rəsmi internet saytına açıqlamasında komandasını ikinci dövrənin startında daha yaxşı durumda olacağını bildirib: “Hələ vaxtımızın olduğunu nəzərə alsaq, “Bakılı” ilə matça fikirləşdiyimiz formada çıxa biləcəyik. Qışda sıralarımıza 3 yeni oyunçu qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdı. İndi yetərli heyətə malikik. Elə bir komanda yaratmaq istəyirik ki, fərdlərdən asılı olmasın. “Elazığspor”la yoxlama oyununa gəlincə, matçın maraqlı alındığını qeyd edə bilərəm. Düzdü, qələbə qazana bilmədik. Amma oyunboyu futbolçuların top saxlamağından razı qaldım”.
Qeyd edək ki, Antalyada üçüncü dəstənin autsayderlərindən biri olan “Elazığspor”la qarşılaşan “Qarabağ” 2:2 hesablı heç-heçə ilə kifayətlənib.

                                0
                                
                                0