Azərbaycan yığması beynəlxalq turnirin qalibi oldu
29.01.2009 - 10:37
Bakı İdman Sarayında təşkil olunan II Bakı beynəlxalq futzal turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan, Moldova, Gürcüstan yığmaları və Rusiyanın “Kaspi” klubu iştirak edib. Bütün görüşlərdə qələbə qazanan milli komandamız turnirin qalibi olub.
Yığmamız son oyunda Moldovanı məğlub edib - 4:2. Bu qarşılaşmada topa ilk olaraq, veteran futbolçular Ələkbər Məmmədov, Vladimir Maslaçenko və Aleksandr Çivadze toxunublar. Moldovalıları dos Santos və Tiaqinyo hərəyə 2 dəfə cəzalandırıb.
Qeyd edək ki, milli komandamız Gürcüstanı 6:2, “Kaspi”ni isə 8:3 hesabı ilə üstələmişdi.

0
0