“Bakı” “Şinnik”ə yenildi
29.01.2009 - 10:45
“Bakı” “Şinnik”ə yenildi
“Bakı” Antalyada dördüncü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komandamız Rusiyanın birinci divizionuna qayıdan “Şinnik”ə uduzub – 0:2.
Qeyd edək ki, “Şinnik” bir gündə iki Bakı təmsilçisi ilə yoxlama oyununda qüvvəsini sınayıb. Yaroslavl təmsilçisinin bir heyəti “Olimpik”lə qolsuz heç-heçə edib.