Yığmamızın rəqibi Birləşmiş Ərəb Əmirliklərini məğlub etdi
29.01.2009 - 10:55
Yığmamızın rəqibi Birləşmiş Ərəb Əmirliklərini məğlub etdi
Fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycan milli komandası ilə qarşılaşacaq Özbəkistan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mircəlal Qasımovun yetirmələri 2011-ci il Asiya kubokunun seçmə mərhələsində ilk matçına çıxıb. BƏƏ-də meydan sahibləri ilə qarşılaşan Özbəkistan qrup liderini məğlub edə bilib. Fərhad Taciyevin 30-cu dəqiqədə vurduğu qolla minimal hesablı qələbə qazanan özbəklər yer aldıqları qrupun potensial liderinə çevrilib. İndi üç komandanın yer aldığı C qrupunda Özbəkistan 1, top fərqinə görə birinci olan BƏƏ 2 oyundan 3 xal toplayıbsa, malayziyalılar yeganə qarşılaşmasında uduzub.