Qus Hiddink: Azərbaycan yığması haqda məlumatları izləyirəm
29.01.2009 - 11:09
Qus Hiddink: Azərbaycan yığması haqda məlumatları izləyirəm
“Fevralda Antalyada keçirəcəyimiz 4 günlük təlim-məşq toplanışı bizim üçün faydalı olacaq. Bizə bu 4 gündə bir yerdə işləmək çox lazımdır. Axı martın sonunda və aprelin əvvəlində Rusiya yığmasını cari seçmə mərhələdə çərçivəsində Azərbaycan və Lixtenşteynə qarşı oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

Onun sözlərinə görə, həm milli komandamız, həm də Lixtenşteyn haqda məlumatlıdır: “Əlbəttə, Azərbaycanla Lixtenşteyn yığmaları haqda məlumatları izləyirəm. Ancaq bu görüşlərə bilavasitə hazırlaşmaq vaxtı hələ çatmayıb. Hazırda ilk vəzifəmiz Türkiyədəki təlim-məşq toplanışı səmərəli keçirməkdir. Ötən ilin oktyabrından – Almaniya və Finlandiya ilə oyunlardan sonra yığışmamışıq. Futbolçularımı böyük məmnuniyyətlə görəcəyəm. Açığı, onlar üçün darıxmışam. Futbolçuların da milli komandanın sıralarına böyük sevinclə gələcəyinə şübhə etmirəm”.

Qeyd edək ki, martın 28-də “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0