“Köln” rəsmisi: Kamran Ağayev bizə lazım deyil
29.01.2009 - 11:14
“Köln” rəsmisi: Kamran Ağayev bizə lazım deyil
“Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandamızın maraq dairəsində olmasına şərh vermək niyyətim yoxdur. Bu, qəzetlərin uydurmalarıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Köln” klubunun mətbuat xidmətinin rəhbəri Kristofer Limberopulos deyib.

O, “Xəzər-Lənkəran”ın 23 yaşlı futbolçusunun Bundesliqa təmsilçisinə keçəcəyi ilə bağlı xəbərləri şayiə adlandıraraq, klubun rəsmi saytında bu variantın varlığını təkzib edib: “Köln” nə Kamran Ağayev adlı futbolçu ilə əlaqə saxlayıb, nə də onun məxsus olduğu klubla. Bizim bir nömrəmiz Fərid Mondraqondur”.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqtsun Ağayevi “Köln”ə məsləhət görməsi ilə bağlı xəbərlər Almaniya mətbuatında yayılmışdı.
0