Naçevski: həm ad günü, həm də ikinci övlad
29.01.2009 - 11:17
Naçevski: həm ad günü, həm də ikinci övlad
“Bakı” klubunun makedoniyalı hücumçusu bir gündə iki xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, 29 yaşı tamam olan futbolçuya klubun rəhbərliyi hazırlıq keçdikləri Türkiyənin Antalya şəhərində ad günü keçiriblər. Həyatında bu xoş günü komanda yoldaşları və klub rəhbərliyi ilə keçirən Naçevski üçün digər əlamətdar hadisə ailəsində baş verib. Belə ki, Draqan ikinci övladının dünyaya göz açması xəbərini alaraq, bunu komanda üzvlərinə çatdırıb.
Qeyd edək ki, ötən yay “Bakı”ya transfer olunan Naçevski komandanın əsas heyət oyunçularındandır.
0