“Kloze və Podolski olsaydı, Azərbaycan indi 10 xal toplamışdı”
30.03.2009 - 16:25
“Kloze və Podolski olsaydı, Azərbaycan indi 10 xal toplamışdı”
“Azərbaycan milli komandası seçmə mərhələdə keçirdiyi 4 oyunda cəmi 1 xal toplayıb. Hərçənd, bu qarşılaşmalardan sonra hesabımızda 10 xal da ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

63 yaşlı almaniyalı mütəxəssis milli komandamızın Uels, Finlandiya, Lixtenşteyn və Rusiya ilə keçirdiyi 4 matçda cəmi bir xal qazanmasının səbəbini açıqlayıb. Almaniya mətbuatına açıqlamasında Foqts bu rəqəmin 1 deyil, 10 olmasının mümkünlüyündən də danışıb. Lakin baş məşqçinin cəmi bir şərti var: “Miroslav Kloze, Lukas Podolski və Mario Qomesin komandamda oynamağını istəyirəm. Bu futbolçular əlimin altında olsaydı, artıq hesabımızda 10 xal var idi”.
0