Maradonanın sevgilisi və nəvəsi stadionda - FOTOSESSİYA
30.03.2009 - 17:08
Maradonanın sevgilisi və nəvəsi stadionda - FOTOSESSİYA
Əfsanəvi futbolçu Dieqo Armando Maradona Argentina milli komandasının baş məşqçisi qismində keçirdiyi ilk rəsmi matçda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, onun yetirmələri dünya çempionatının seçmə mərhələsi çərçivəsində Venesuelanı böyük hesabla məğlub edib - 4:0.

Bu oyunda daha iki məqam diqqət çəkib. Bunlardan biri Maradonanın sevgilisinin tribunada peyda olmasıdır. Fotoqraflar həmin xanımın şəklini çəkməyi bacarıblar.

Eyni zamanda, Maradonanın ötən ay dünyaya gəlmiş nəvəsi də oyunun iştirakçısı olub. Körpəni stadiona əfsanəvi futbolçunun kürəkəni Serxio Aquero qucağında gətirib.

Onu da bildirək ki, Maradona böyük hesabla məğlub etdiyi Venesuelanın prezidenti Uqo Çaveslə dostdur. Onlar 4 il öncə Argentinada ABŞ dövlət başçısı Corc Buşa qarşı birgə etiraz mitinqi keçirmişdilər. O vaxt Çaves Maradonaya xitabla, “Sən, imperializmə qarşı savaşda müttəfiqimizsən” demişdi.
0