Fabio Luis Ramimin taleyinə aydınlıq gəldi
30.03.2009 - 17:27
Fabio Luis Ramimin taleyinə aydınlıq gəldi
“Bakı” klubunun yarımmüdafiəçisi Fabio Luis Ramim on gündən sonra oynaya biləcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın heyətində Rusiya ilə Moskvada keçirilən rəsmi görüşdə aldığı zədə üzündən 62-ci dəqiqədə əvəzlənən 27 yaşlı futbolçu bu gün tibbi müayinədən keçib.

Məlum olub ki, Ramimə ciddi tibbi müdaxiləyə ehtiyacı olmasa da, əzələsi güclü əzilib. Fabionun durumu ilə bağlı nikbin fikirdə olan həkimlər bildirib ki, futbolçu 3-4 gündən sonra yüngül məşqlərə başlaya biləcək. Braziliyalının zədəsinin tam bərpasına on gün lazım olması keçmiş komandası “Olimpik”lə Premyer Liqanın qarşıdakı turu çərçivəsində aprelin 5-də “Şəfa” stadionunda keçiriləcək görüşdə çıxış etməyəcəyi deməkdir.

“Bakı”nın digər braziliyalı oyunçusu – hücumçu Vilyam Roşa Batista “Olimpik”lə görüşdə cəzalı olduğundan meydana çıxmayacaq.
0