Ramal Hüseynova iki ulduz
30.03.2009 - 18:04
Ramal Hüseynova iki ulduz
Türkiyə Superliqasının növbəti oyununa hazırlaşan Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Erhan Altın yetirmələrini iki tərəfli qarşılaşmada sınayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının düşərgəsindən qayıdan Rəşad Sadıqovun iştirak etmədiyi hazırlıq prosesində digər həmyerlimiz Ramal Hüseynov fərqlənib.

Belə ki, yarımmüdafiəçi məşq prosesinin ilk hissəsində həvəslə hazırlıq keçməkdə “Kocaelispor”un ən yaxşısı olub. Ardından komandasının oyunçularını “qırmızı” və “yaşıl”lara bölən Altın Ramala birincilərin arasında yer verib. Hüseynovun komandası 3:0 hesabı ilə qalib gəlib ki, orta səviyyəli oyun sərgiləyən həmyerlimiz iki ulduzla qiymətləndirilib.
0