Ermənistan yığmasının baş məşqçisi qovuldu
31.03.2009 - 10:01
Ermənistan yığmasının baş məşqçisi qovuldu
Ermənistan milli komandasının baş məşqçisi Yan Poulsen qovulub. Apasport.az saytının məlumatına görə, Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan 63 yaşlı danimarkalı mütəxəssislə görüşündən sonra onun istefaya göndərilməsi ilə bağlı qərar çıxarıb. Ancaq ermənilər Poulsenlə birdəfəlik yollarını ayırmaq fikrində deyillər. Belə ki, ona federasiyada texniki direktor postunu təklif ediblər. Milli komandada baş məşqçi vəzifəsini isə Poulsenin köməkçisi Vardar Minasyan icarə edəcək.
0