Azərbaycan yığması 5 qol vurdu
31.03.2009 - 10:03
Azərbaycan yığması 5 qol vurdu
Azərbaycan milli komandası Türkiyənin “Antalyaspor” klubuna qalib gəlib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışını üçüncü yoxlama görüşü ilə başa vurub. Baş məşqçi Yaşar Vahabzadənin yetirmələri son qarşılaşmada “Antalyaspor” klubunun nəzdindəki müxtəlif yaş qruplarından ibarət komandaların üzvlərindən təşkil olunmuş kollektivlə qarşılaşıb. Bu oyunda 5:2 hesabı ilə qalib gələn yığmamız toplanışı qələbə ilə başa vurub.

Qeyd edək ki, millimiz hazırlıq prosesi çərçivəsində keçirdiyi ilk iki matçda bir qələbə qazanıb, bir dəfə məğlub olmuşdu. Yığmamız özbəkistanlı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib, ikinci qarşılaşmada isə Rusiyanın Murmansk şəhərinin “Severnı” klubuna 1:2 hesabı ilə uduzub.
0