AFFA futbolçusu olmayan komandanı cəzalandırıb
31.03.2009 - 12:42
AFFA futbolçusu olmayan komandanı cəzalandırıb
AFFA-nın İntizam Komitəsi növbəti yığıncağı keçirilib. Apasport.az saytınına məlumatına görə, komitə üzvləri birinci divizion, 15 yaşlılar arasında ölkə birinciliyi, həmçinin həvəskarların Azərbaycan kuboku ilə bağlı qərarlar çıxarıb.

Azərbaycan çempionatının I divizionunun XXI turunun “ABN-Bərdə” – “Anşad-Petrol” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan bərdəlilər 100 manat cərimə olunub. “Qafqaz Universiteti” – “Ədliyyə” matçının 45+1-ci dəqiqəsində meydan sahiblərinin ikinci sarı vərəqəyə görə qırmızı vərəqə alan futbolçusu Səbuhi Məmmədov 1 oyunluq cəzalandırılıb, klub isə 20 manat cərimələnib. Oyunun 85-ci dəqiqəsində “Ədliyyə”nin oyunçusu Orxan Əliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb ki, buna görə 1 oyunluq cəzalandırılıb, klubu isə 20 manat ziyana düşüb. “Spartak” – “Şahdağ” matçının 59-cu dəqiqəsində “sonuncu ümid folu”na görə birbaşa qımızı vərəqə alaraq qonaqları azlıqda qoyan Nail Vəlimətovun da cəzası eyni olub.

15 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Turan” – “Muğan” matçının 48-ci dəqiqəsində salyanlıların futbolçusu Elçin Nəcəfov “sonuncu ümid folu”na görə birbaşa qımızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.

Həvəskarlar arasında Azərbaycan kubokunun 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi-1” – “İnam” matçında qonaqların heyətində oyunu başlamaq üçün futbolçuların sayı kifayət etmədiyinə görə matç baş tutmayıb. Bu səbəbdən futbol üzrə XVII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun “Əsasnamə və Nizam-İntizam qaydaları”nın texniki məğlubiyyət bəndinə uyğun olaraq, “İnam” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
0