İngiltərədə ilin futbolçusunu seçdilər
31.03.2009 - 14:47
İngiltərədə ilin futbolçusunu seçdilər
“Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi ötən ilin futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı oyunçu İngiltərə Futbol Federasiyasının rəsmi saytında keçirilən sorğunun qalibi olub.

Qaret Barri ilə Teo Uolkotti qabaqlayan Runi mükafata sahib çıxıb. Bundan böyük qurur duyduğunu söyləyən Ueyn aqressiv oyun tərzini dəyişmək fikrində deyil. Klubunda olduğu kimi, yığmada da uğurla çıxış edən Runi son 4 matçda 7 qol vurub. İngiltərə milli komandasının italyan baş məşqçisi Fabio Kapellonun da güvəndiyi futbolçulardan olan Runi hərdən aqressiv oyunu ilə özünə problem yaradır. Bu üzdən Kapello ondan meydan daha sakin olmağı istəyib.

Ueyn baş məşqçinin çağırışına “Mənim özəlliyim aqressiv olmağımdır. Hirsimi meydanda tökmərəm. Bunu məndən alırsanız, bambaşqa bir futbolçu olaram” deyə cavablandırıb.
0