“Mən ulduz yox, sadəcə, yaxşı futbolçuyam”
31.03.2009 - 14:51
“Mən ulduz yox, sadəcə, yaxşı futbolçuyam”
“Qalatasaray” klubunun yarımmüdafiəçisi Arda Turan özünü ulduz futbolçu saymır. Apasport.az saytının məlumatına görə, 22 yaşlı türkiyəli onu belə qələmə verənlərlə razılaşmır.

İstedadı ilə Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşən Arda gələcəkdə “Qalatasaray”ı tərk etməyi düşünür: “Məni Türkiyə futbolunun ulduzu adlandırmaq lazım deyil. Mən ulduz yox, sadəcə, yaxşı futbolçuyam. Xaricdə oynamaq istəyimə gəlincə, həqiqətən də Avropanın güclü çempionlarında çıxış edən klublarının birinə keçmək istərdim. “Liverpul” və ya “Yuventus”a keçmək əla olardı”.

Qeyd edək ki, Turan ötən yay Türkiyə milli komandasının heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb.
0