Gülüş günündə kim güləcək, Türkiyə, yoxsa İspaniya?
31.03.2009 - 14:56
Gülüş günündə kim güləcək, Türkiyə, yoxsa İspaniya?
Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - İspaniya qarşılaşması Beynəlxalq gülüş gününə təsadüf edəcək. Apasport.az saytının hesablamalarına görə, həm türklər, həm də ispanlar əvvəllər bu tarixdə meydana çıxmağa məcbur olub. Hər iki komandaya gülüş günündə gülmək də nəsib olub.

1979-cu il aprelin 1-də AFR yığmasına qarşı keçirilən görüş Türkiyənin tarixində bu günə təsadüf edən yeganə matçdır. Həmin dövrdə qitənin güclü komandalarından sayılmayan türklər güclü rəqibi ilə heç-heçə edə bilmişdi. Avropa çempionatının Türkiyədə keçirilən seçmə oyununda qapılara qol da vurulmamışdı ki, bu da meydan sahibləri üçün böyük uğur sayılırdı.

1987-ci il aprelin 1-də isə ispanlar gülmək həvəsinə düşüb. Avropa çempionatının seçmə oyununu keçirmək üçün Avstriyaya üz tutan pireneylilər səfərdən qələbə ilə dönə bilib. Məhsuldar qarşılaşmada qonaqlar minimal fərqlə qalib gəlib – 3:2.
0