“Kocaelispor” Superliqada qalacaq?
31.03.2009 - 15:03
“Kocaelispor” Superliqada qalacaq?
“Bu həftə çox vacib bir oyun keçirəcəyik. Bu qarşılaşmalardan xal və ya xallarla dönmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Kocaelispor” klubunun prezidenti Serhan Gürkan deyib.

Azərbaycanlı futbolçular Rəşad Sadıqov və Ramal Hüseynovun formasını geydiyi İzmit təmsilçisinin rəhbəri komandasının “Ankaragücü” ilə matçda uğurlu nəticə qazanacağına ümid edir: “Komandada əhval-ruhiyyəsi çox yaxşıdır. Ardıcıl 5 oyundur uduzmuruq. Çox yaxşı matçlarımız da olub. Bizim kimi pis vəziyyətdə olan “Ankaragücü” ilə qarşılaşmada futbolçularımıza güvənirik. Onlar da savaşır və uğurlu nəticə istəyirlər. İstədikləri vaxtda da səviyyələri ortaya çıxır. Bu həftə də gülən tərəf biz olaraıq”.

Gürkan problemli mövzuya da toxunub: “Sənaye şəhərini təmsil etməyimizə baxmayaraq, reklamla bağlı sıxıntı yaşayırıq. Dərd ondadır ki, kocaelili sənayeçilərin heç biri yerli adam deyil. Gəlmə adamlar isə kluba reklam vermək istəmir”.

“Kocaelispor”un baş məşqçisi Erhan Altın da inamlı danışmağa üstünlük verib: “Kocaelispor” Superliqada qalacaq. Aşağı dəstəyə düşməməyə uyğun tərzdə irəliləyirik. Gündən-günə finiş xəttinə olan məsafə azalır. Xal itirmək haqqımız olmayan turların vaxtı çatıb. Artıq xal itirmək niyyətində deyilik. Həm evdə, həm də səfərdə toplaya biləcəyimiz xalları yığıb mövsümün sonunda nəticəyə baxacağıq”.
0