Xanımının hesabına ayda 120 min dollar qazanan məşqçi kimdir?
31.03.2009 - 15:37
Xanımının hesabına ayda 120 min dollar qazanan məşqçi kimdir?
Əfsanəvi Dieqo Maradona qohumbazlıqla məşğuldur. Apasport.az saytının məlumatına görə, argentinalı həmkarlarımız 49 yaşlı mütəxəssisin çalışdırdığı milli komandaya qohum-əqrəbasının sayının artmasından çaşıb qalıblar.

İlk öncə onu bildirək ki, Maradonanın müqaviləsini federasiya ilə keçmiş həyat yoldaşı Klaudiya Vilyafanya bağlayıb. Onun səyləri nəticəsində Dieqonun aylıq məvacibi 120 min dollar təşkil edir. Bu isə Maradonanın milli komandadakı xələfi Alfio Basilenin maaşından iki dəfə çoxdur.

Məlum olduğu kimi, Dieqonun kürəkəni olan Madridin “Atletiko” klubunun hücumçusu Serxio Aquero Argentina yığmasında mütəmadi oynayır. Onun digər kürəkəni, qızı Dalmanın həyat yoldaşı olan Fernando Molina komandanın mətbuat katibidir. Maradonanın indiki həyat yoldaşı Fernando Oxedanın qardaşı da yığmanın məşqçilər korpusunda yer alıb. Halbuki, onun səlahiyyətlərinin nədən ibarət olması hələ də futbol ictimaiyyətinə məlum deyil. Maradonanın özü isə qaynını şəxsi köməkçisi adlandırır.

Maraqlıdır ki, Dieqo keçmiş həyat yoldaşının ərini də işsiz qoymayıb. Klaudiya ilə evlənən Fernando Sinyori yığmada baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisidir.
0