Azərbaycanda “Qalatasaray”ın sevilməsinin səbəbi müəyyənləşdi
31.03.2009 - 16:09
Azərbaycanda “Qalatasaray”ın sevilməsinin səbəbi müəyyənləşdi
Türkiyənin “Qalatasaray” klubunun Azərbaycanda çox sevilməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, türk həmkarlarımız iki ölkə arasında münasibətlərin tarixini araşdırmağı lazım biliblər.

Türkiyə mətbuatının gəldiyi qənaətə əsasən, bu iki ölkə arasında münasibətlər heç vaxt soyuq olmayıb. Yəni, hətta Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdə də bu sevgi yaşayıb. Lakin bunu gizlətməyə məcbur olan əhali sevgisini “Qalatasaray”a verib. Əslində isə bu heç də “Qalatasaray” sevgisi olmayıb.

“SSRİ dövründə iki ölkə arasında münasibətlər azalmışdı. Buna səbəb onların fərqli qütblərdə yer alması idi. Lakin belə fərqə baxmayaraq, Azərbaycan və Türkiyə arasında münasibətlər həmişə isti olub. Məşhur “Neftçi” komandasının “Qalatasaray”la 1962-ci ildə Bakıda keçirilən qarşılaşması azərbaycanlılarla türkiyəlilərin münasibətlərinin nümunəsi idi. Azərbaycanda qadınlar və yaşlı adamlar futbol matçlarını izləmək üçün stadionlara getmirlər. Amma “Qalatasaray”la qarşılaşmaya ölkənin bütün kəndlərindən qadınlar və yaşlılar da axışıb gəlmişdi. Onların məqsədi “Qalatasaray”ın timsalında türkü görmək, Türkiyənin qoxusunu duymaq idi” - deyə yazıda bildirilir.
0