Mutko: Azərbaycan yığması kifayət qədər mükəmməldir
31.03.2009 - 16:55
Mutko: Azərbaycan yığması kifayət qədər mükəmməldir
“Azərbaycan yığması kifayət qədər mükəmməldir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko deyib.

Moskvada 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan milli komandasını zəif saymayan Mutkonun fikrincə, yığmamızın qapısına üç və daha çox qol vurmaq çətin işdir: “Bizimkilərə heç də asan deyildi. Azərbaycanlılar belə səviyyəli oyunlara hazırdırlar. Onlar kifayət qədər ağıllıdırlar və hücumçulara sürəti artırmaq, ötürmə ilə oynamağa imkan vermirdilər. Rəqib yorulanda işimiz getdi. Görüş başlayandan artıq 10 dəqiqə sonra gördüm ki, futbolçularımız oyuna nəzarət edir. Onlar nə etmək lazım olduğunu anladıqları üçün qələbəyə əmin idim. Ola bilsin ki, füsunkar, parlaq oyun alınmadı. Ancaq rusiyalılar ipi əllərində saxlamışdılar. Oyun baxımlı alınmasa da, daxili gərginlik hədsiz idi. Belə görüşlərdə əsas məsələ zədə almamaq, xal yığmaqdır. Xalı necə yığmaq isə ikinci məsələdir”.
0