Vaqif Sadıqovun 1 aprel zarafatı, yoxsa “Monte Karlo”da yubiley?
31.03.2009 - 18:14
Vaqif Sadıqovun 1 aprel zarafatı, yoxsa “Monte Karlo”da yubiley?
Bu gün “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevskinin ad günüdür. Apasport.az saytının məlumatına görə, milli komandamıza da rəhbərlik etmiş makedoniyalı mütəxəssis ardıcıl ikinci ildir ölkəmizdə çalışır.

54 yaşı tamam olan Hacıyevski apasport.az saytına açıqlamasında onu bir çoxlarının təbrik etdiyini bildirib: “Məni demək olar hamı təbrik etdi. Həm klubumdan, həm də Makedoniyadan təbriklər aldım. Vətənimdən həm ailəmin üzvləri, həm də dost-tanışlar zəng etmişdi. Ad günümü Azərbaycanda keçirmək mənim üçün xoşdur. Çünki buranın insanları çox mehriban, istiqanlıdırlar. Adama böyük diqqət göstərirlər. Mən bunu xüsusilə ad günümdə görürəm. Təbii ki, belə əlamətdar gündə hədiyyələr də alırsan. Ancaq bunun konkret nədən ibarət olduğunu demək istəməzdim. Hər halda, əsas hədiyyə yox, sənə qarşı olan diqqətdir”.

Hazırda Azərbaycan Premyer Liqasına liderlik edən “Bakı”nın makedoniyalı çalışdırıcısı ad gününü şirin stol arxasında qeyd edib: “Bu gün məşq prosesində futbolçularımız, komandamızın üzvləri məni təbrik etdi. Tort kəsərək, doğum günümü qeyd etdik. Futbolçuların mənə ən yaxşı hədiyyə çempionluq olardı. İnanıram ki, cari mövsümdə buna nail olacağıq”.

Milli komandamızın digər çalışdırıcısı Vaqif Sadıqov da ad gününü qeyd edir. Hacıyevskidən fərqli yubileyini – 50 yaşını qeyd edən Sadıqov makedoniyalı həmkarına dəvət göndərib: “Yaxşı münasibətdə olduğumuz həmkarım məşqə gəlib, məni təbrik etdi. Sadıqovun ad günü sabahdır və mən də onu təbrik etdim. Sadıqov mənimlə yanaşı, bir neçə futbolçunu 50 illik yubileyi ilə bağlı sabah “Monte Karlo” şadlıq sarayında təşkil olunacaq tədbirə dəvət etdi”.
0