Subaşiç məyus olub
13.04.2009 - 10:44
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu çıxış etdiyi “Çanqçun Yatay” klubunun IV tur çərçivəsində keçirilən “Şandunq Lunenq”lə qarşılaşmasının iştirakçısı olub. Subaşiçin 90 dəqiqə meydanda olduğu görüşdə komandası 2:3 hesabı ilə uduzub. Səfərdəki bu uğursuzluqdan sonra hesabında 7 xal olan “Çanqçun Yatay” 6-cı pilləyə yenib. Subaşiçin komandası növbəti oyununu aprelin 18-də öz meydanında “Şensi”yə qarşı keçirəcək.
Qeyd edək ki, Branimir Çin çempionatında üçüncü oyununu keçirib.
Qeyd edək ki, Branimir Çin çempionatında üçüncü oyununu keçirib.
- Deşam Mbappe barədə: - “Hələ də onu tənqid edənlər var”
- Samet Akaydından sərt reaksiya – “Saça, saqqala qarışmaq mənasızdır”
- Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi
- Uğurcan Çakırdan Paraqvay mesajı – “Ölkəmizi sevindirmək istəyirik”
- Mbappe tarixə keçdi – Fransa millisində rekord qırıldı
0
0