Gədəbəydə hər şey var, futbol klubundan başqa - FOTO
27.04.2009 - 15:49
Azərbaycanda dövlət tərəfindən idmana göstərilən qayğı öz səmərəsini verməkdədir. Ən böyük diqqət isə “idmanın şahı”na - futbola göstərilir. Buna baxmayaraq, regionlarda futbolun inkişafı ürəkaçan səviyyədə deyil. Ölkəmizin dilbər guşələrindən sayılan Gədəbəy rayonunda da bu gün futbol yoxdur. Maraqlıdır ki, təbii potensialı çox yüksək olan dağlıq rayonda futbolun inkişafı üçün hər cür şərait mövcuddur. Bir neçə il öncə Gədəbəyin keçmiş icra başçısı Ramiz Bağırovun təşəbbüsü ilə rayonda “Narzan” Peşəkar Futbol Klubu təsis edilsə də, son vaxtlar Gədəbəy futbolunda yenidən durğunluq yaranıb.
2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı çərçivəsində Regional Futbol Federasiyalarının (RFF) prezidenti İsgəndər Cavadov, vitse-prezidenti Maşallah Əhmədov və qurumun baş mütəxəssisi Füzuli Nəcəfov Gədəbəydə olub. Apasport.az saytının məlumatına görə, əvvəlcə icra başçısı Kamran Rzazadə ilə görüşən RFF rəsmiləri Dövlət Proqramının həyata keçirilməsində Gədəbəyin heç bir töhfə verməməsindən təəssüfləndiklərini bildiriblər. Kamran Rzazadə isə bundan sonra Gədəbəydə futbolun inkişafına xüsusi diqqət ayrılacağını, hətta peşəkar klub yaradılacağını söz verib.
Daha sonra qonaqlar futbol nümayəndələri ilə görüşüblər. Yerli Uşaq Gənclər İdman Məktəbinin (UGİM) müəllimləri Müşfiq Məmmədov, Zaur Abdullayev, rayon idman ictimaiyyətinin nümayəndəsi Mehdi Hüseynov Gədəbəy futbolunun potensialından söz açaraq, vaxtilə bir çox yeniyetmənin müxtəlif yaş qrupları üzrə milli komandalara cəlb olunduğunu və hazırda Premyer Liqa klublarında bir neçə gədəbəylinin çıxış etdiyini vurğulayıblar. İsgəndər Cavadov bununla bağlı müzakirələrə belə münasibət bildirib: “Böyük futbol olmasa, uşaq futbolu da olmaz. Gərək Gədəbəydə peşəkar klub fəaliyyət göstərsin ki, bu rayon futbol xəritəsinə düşsün və uşaq futbolu da yaxından izlənilsin”.
Tədbirdə vurğulanıb ki, Gədəbəyin idman, o cümlədən futbol potensialı yüksək səviyyədədir. Buradan ağır atlet Nizami Paşayev və şahmatçı Teymur Rəcəbov kimi idmançılar çıxıb. Bu idman növlərinin birində güc, digərində isə ağıl lazımdır. Futbolda isə bunların hər ikisinə ehtiyac duyulur. Bu isə o deməkdir ki, gədəbəyli uşaqlar yaxşı futbol oynaya bilərlər. Onların əsas problemləri məşqçi çatışmazlığıdır.
Bir vaxt Gədəbəydə, hazırda isə Türkiyədə çalışan stolüstü tennis üzrə məşqçi Pata Pirtsxilava qısa zamanda Azərbaycan idmanına bir neçə istedad bəxş edib. Cəfər Cəfərzadə bu gün Azərbaycanın stolüstü tennisinin ən böyük ümididir. Pata Pirtsxilavanın məşqçiliyi dövründə Gədəbəydə stolüstü tennis üzrə beynəlxalq turnir keçirilib. Futbol ictimaiyyətinin nümayəndələri qonaqlardan Gədəbəyin uşaq futboluna da təcrübəli məşqçi göndərməyi və bu sahədə də peşəkar kadrlar yetişdirilməsinə yardımçı olmağı xahiş ediblər. RFF rəsmiləri bu fikri dəstəkləyiblər və yaxın gələcəkdə məsələnin həll olunacağını bildiriblər.
Qurumun baş mütəxəssisi Fizuli Nəcəfov deyib ki, Gədəbəy futbolunun ağsaqqalı, veteran futbolçu Mayor Orucovun, bir vaxtlar İsgəndər Cavadov və Maşallah Əhmədovla “Neftçi”də bir yerdə çıxış etmiş Arzu Mirzəyevin sayəsində bir yox, bir neçə futbol klubunu yaratmaq mümkündür. Həm həvəskarlar, həm də birinci dəstədə klubların yaranması üçün potensial var. Həm Orucov, həm də Mirzəyev Gədəbəydə futbolun inkişafı yolunda əllərindən gələni etməyə, eyni zamanda UGİM-də onlara iş veriləcəyi təqdirdə, ən azı bir yaş qrupunda futbolun sirlərini uşaqlara öyrətməyə hazır olduqlarını bildiriblər.
Maşallah Əhmədov bu ideyanı dəstəkləyib: “Bəli, sizin kimi mütəxəssislər futbola öz töhfəsini verməlidir, hərəniz ən azı bir kiçik yaş qrupu ilə işləyin. AFFA sizi uşaqlara lazım olan hər şeylə təmin edəcək. Siz sadəcə, ölkəmiz üçün futbolçu yetişdirin!” Öz növbəsində İsgəndər Cavadov bundan sonra uşaq futbolu turnirlərində Gədəbəy komandalarının fəal iştirak edəcəyini və RFF tərəfindən lazım olan dəstəyin veriləcəyini söyləyib.
Tədbirin sonunda qonaqlar AFFA-nın göndərdiyi topları və geyim dəstlərini uşaqlara bağışlayıblar. Cavadov sonda bir daha Gədəbəy futbolunun əhəmiyyətindən danışıb: “Gədəbəydə mütləq futbol olmalıdır. Dövlət başçımız İlham Əliyev və AFFA prezidenti Rövnəq Abdullayev cənabları futbolumuzun inkişafı üçün əllərindən gələni əsirgəmirlər və biz də bu etimadı doğrultmalıyıq. Söz verirəm ki, bundan sonra Gədəbəyə tez-tez gələcəyik. Gədəbəydə futbol olacaq və burdakı uşaqlar gələcəkdə ölkəmizin məşhur futbolçularına çevriləcəklər”.
Cavadov UGİM zalında mini-futbol üçün də yaxşı şəraitin olduğunu, təəssüf ki, bundan istifadə edilmədiyini deyib: “Burada yaxşı şərait var. Ancaq basketbol səbətlərini görürəm və mənə deyirlər ki, burda heç kim basketbol oynamır. Gədəbəydə bütün uşaqların futbol oynamağa həvəsi var. Xahiş edirəm, bundan sonra bu zalda uşaqların futbol məşqləri keçməsinə şərait yaradılsın”. Uşaqlar isə nəinki zalda, hətta qarlı havada da futbol oynamaq həvəsini gizlətməyiblər. Maşallah Əhmədov uşaqlara master-klass keçəndən sonra Gədəbəy və Slavyanka komandaları yaşıl meydanda üz-üzə gəliblər. Cavadovun topa ilk toxunuşu ilə başlayan oyun Gədəbəy uşaqlarının 1:0 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmadan sonra Maşallah Əhmədov görüşdə yeganə qolu vuran Rəşad Cəfərov və Gəbəbəy komandasının qapıçısı Faiq Hüseynovun oyununu bəyəndiklərini və hazırda Gədəbəydə komanda olmadığı üçün yeni yaranan “Gəncə” futbol klubunun baş məşqçisi Fuad İsmayılova bu uşaqları tövsiyə edəcəyini bildirib.

0
0