Popoviç Azərbaycan yığmasını uduzmağa qoymadı
28.04.2009 - 09:23
Popoviç Azərbaycan yığmasını uduzmağa qoymadı
Bolqarıstanda təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız meydan sahibləri ilə qarşılaşıb. Həmyaşıdları ilə sınaqda almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri qolsuz heç-heçə ilə kifayətlənib. Yığmamızın məğlub olmamağında qapıçı Andrey Popoviçin də əməyi böyük olub. Belə ki, Bolqarıstan U-19-u on bir metrlik cərimə zərbəsindən hesabı açmağa yaxın olsa da, Popoviç rəqibin penalti zərbəsini dəf edib.
0