İki dost futbolçu arvadlarının ucbatından küsülüdür
28.04.2009 - 16:39
“Fənərbaxça”nın iki dost futbolçusu Aleks de Souza və Deyvid de Souza bir-birindən küsüb. Apasport.az saytının məlumatına görə, braziliyalı oyunçuların münasibətləri həyat yoldaşlarının ucbatından pozulub.
Belə ki, bir neçə ay əvvəl Alekslə Deyvidin xanımı arasında qalmaqal yaşanıb. Bu dava-dalaşa futbolçular da biganə qalmayıblar. Nəticədə eyni klubun şərəfini qoruyan Aleks və Deyvid münasibətlərinə son qoyublar.
İndi onlar nə meydanda, nə də kənarda bir-birləri ilə danışırlar. Halbuki, son vaxtlara qədər Aleks və Deyvidin ailəsi bütün tədbirlərə birgə gedirdi. Ancaq yaranmış qalmaqaldan sonra onların ailələri arasında gediş-gəliş kəsilib.
Artıq bu məsələdən “Fənərbaxça” rəhbərliyi də xəbər tutub. İstanbul klubunun rəsmiləri futbolçuların münasibətlərinin pozulmasından narahatlıqlarını bildiriblər. Onların fikrincə, ailədəki problem xüsusilə Deyvidin oyununa mənfi təsir göstərib.
Hər iki braziliyalı az öncə “sarı-lacivərdlilər”lə müqavilənin müddətini uzadıblar. Ancaq sözügedən problem yaxın vaxtlarda həllini tapmasa, Deyvidin komandadan qovulacağı istisna deyil. “Fənərbaxça”nın bir neçə rəsmisi futbolçuları barışdırmağa çalışsa da, hələlik müsbət nəticə əldə olunmayıb.

0
0