Azərbaycan yığması Fransaya uduzdu
28.04.2009 - 23:28
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Portuqaliyada təşkil olunan Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız qrupda Fransaya qarşı keçirdiyi oyunu məğlubiyyətlə başa vurub. Belə ki, fransızlar ilk hissədə vurduqları iki qolla meydanı qələbəylə tərk ediblər – 2:0.
Bununla da Şamil Heydərovun rəhbərlik etdiyi komandamız qrupu 4 xalla başa vurub. Qrupun digər matçında Portuqaliya Uels üzərində qələbə qazanıb.
Xatırladaq ki, qrupdakı ilk görüşündə Portuqaliyanı üstələyən (2:0) yığmamız uelslilərlə xalları yarı (2:2) bölmüşdü.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0