Milli komandamızın rəqibi qan tökməyə hazırlaşır
29.04.2009 - 09:29
“Barselona”nın son oyunlarda nail olduğu nəticələrə baxsaq, onlarla matçın nəticəsindən razı qalarıq. Kataloniyalılar mövsüm ərzində ilk dəfə öz meydanlarında qol vura bilmədilər ki, bu da bizim üçün nailiyyət sayılmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının və İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Qus Hiddink deyib.
Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan rusiyalıların çalışdırıcısı “Çelsi”nin Çempionlar Liqasındakı çıxışından məmnun qalıb. Hiddink yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Barselona” ilə qolsuz heç-heçədən sonra yetirmələrindən razılığını gizlətməyib: “İntizamlı və taktiki cəhətdən savadlı oynamağa çalışırdıq. Xüsusilə də müdafiədə. İlk yarıda heç cür topu saxlaya bilmirdik, əksər hallarda qapımızdan mümkün qədər uzağa vururduq”.
Hollandiyalı mütəxəssisin fikrincə, “Çelsi” yalnız ikinci hissədə yaxşı oynayıb: “Fasilədən sonra daha yaxşı təsir bağışladıq. Ən əsası oynamağa başladıq. Belə nəticə qazandığımıza görə yetirmələrim tərifəlayiqdir. Lakin cavab matçında daha yaxşı çıxış etməliyik. İndiki dövrdə evdə, yoxsa səfərdə mübarizə aparmağın fərqi yoxdur. Bu isə o deməkdir ki, hələ heç nə həll olunmayıb. Amma yaxşı komanda ilə görüşdə yaxşı nəticəyə imza atmışıq”.
“Çelsi”nin ayrı-ayrı futbolçularını - Petr Çex, Con Terri, həmçinin Lionel Messini zərərsizləşdirən Joze Bosinqva ilə Floren Maludanı tərifləyən Hiddink cavab oyununda qan töküləcəyi ehtimalını bildirib: “Topa nəzarət etdikdə daha yaxşı oynayırıq. Lakin “Barselona” ilə üz-üzə gələndə, bunu etmək heç də asan deyil. Komandam cəsarətə malikdir və cavab qarşılaşmasında qələbə naminə qan axıtmağa da hazırdır. Psixoloji cəhətdən yetirmələrim çox güclüdürlər”.
Qeyd edək ki, “Barselona” ilə “Çelsi” arasında təkrar oyun mayın 5-də Londonda keçiriləcək.

0
0