Yozef Blatter azərbaycanlı futbolçularla görüşəcək
29.04.2009 - 11:03
Yozef Blatter azərbaycanlı futbolçularla görüşəcək
FİFA prezidenti Yozef Blatter azərbaycanlı futbolçulara baş çəkəcək. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı Qazaxıstanın Almatı şəhərində yeniyetmə futbolçular arasında keçirilən “Prezident kuboku” turnirinin qonağı olacaq.

Beynəlxalq turnirdə ölkəmizi AFFA-nın Futbol akademiyasının yetirmələrindən ibarət “Akademiya” komandası təmsil edir. Blatterin səfər proqramına ölkə prezidenti Nursultan Nazarbayevlə görüş də daxildir. Qazaxıstanın Futbol Federasiyasının fəxri prezidenti olan Nazarbayev FİFA başçısına dövlət mükafatını təqdim edəcək.

Bu gün Qazaxıstan futbolunun rəhbərləri ilə görüşəcək Blatter mətbuat konfransı keçirəcək. Axşam isə o, turnirin “Rubin” (Rusiya) – “Semey-93” (Qazaxıstan) oyununu izləyəcək. Sonuncu dəfə Qazaxıstanda 2004-cü ilin sentyabrında olan Blatter həmin vaxt Almatı yaxınlığında inşa edilən Futbol akademiyasının təməl qoyma mərasimində iştirak edib.

Qeyd edək ki, “Akademiya” da ilk oyununu bu gün Moskvanın “Spartak” komandası ilə keçirəcək. Qrupda keçirdiyi ilk görüşdə Qırğızıstanın “Abdış-Ata” komandasına uduzan (0:1) futbolçularımız ardından Moskva MOİK-i ilə heç-heçə edib.
0