“O futbolçuya Azərbaycanda heç bir məşqçi dözməz”
03.07.2009 - 11:45
“O futbolçuya Azərbaycanda heç bir məşqçi dözməz”
Zaqatalanın “Simurq” klubu avrokuboklarda debüt oyununda tarixinin ən məhsuldar hücumçusundan istifadə edə bilmədi. Apasport.az saytının məlumatına görə, 32 yaşlı ukraynalı hücumçu “Bney Yehuda” (İsrail) ilə Vladimir Mazyarın adı protokolda olsa da, sonadək ehtiyatda qaldı.

Baş məşqçi Roman Pokora Mazyarın oyunda bir gün əvvəl keçirdiyi mətbuat konfransında Mazyarın zədə olduğunu bildirmişdi. Görüşdən sonra mətbuat konfransında fasilədə həmyerlisinin niyə oynamağı ilə bağlı sual Pokoranı necə deyərlər, özündən çıxardı. Vladimirin məsələsinə yenidən qayıtmalı olan ukraynalı mütəxəssisin sözlərinə görə, onunla şəxsi ədavəti yoxdur: “Bir daha bəyan edirəm ki, Mazyarı zədəli olduğuna görə meydana buraxmadım. O, məşqdə komanda yoldaşı ilə mübarizədə ayağını əzmişdi. Həkim Vladimirin xəsarət aldığı ayağına iynə vurmuşdu. Futbolçunun adını ona görə iştirak ərizəsinə daxil etdim ki, heyətimizdə futbolçu sarıdan azlıq var. Oyunun protokolunda “18”-liyi Mazyarla doldurduq”.

Pokora Mazyarla probleminin olmadığını desə də, hər halda, ondan narazı qaldığı məqamlar da var. Bu, “Simurq”un baş məşqçisinin 2007-ci ilin qışından rəhbərliyi atında çıxış etdiyi həmyerlisi ilə bağlı maraqlı açıqlamalarında məlum oldu: “Hazırda komandanın baş məşqçisi mənəm və kimi meydana buraxmağa mən qərar verirəm. Hər bir futbolçuya meydanda tələblər olur. Komanda müdafiə olunanda bunu hamılıqla etmək lazımdır. Mazyarın müqaviləsi bitir. Sizə belə lazımdırsa, onu götürə bilərsiniz. Bilirsiniz, o, sadə insan deyil, çətin xarakterə malikdir. Mazyara Azərbaycanda heç bir məşqçi dözə bilməz. O vaxt Vladimiri komandaya götürməsəydim, çoxdan futbolla qurtarmışdı. Onun ötən mövsüm 12 qol vurmasında mənim də zəhmətim var. Hər halda, onu mən meydana buraxırdım”.

Qeyd edək ki, Pokora gürcüstanlı sol cinah müdafiəçisi Kaxaber Çxetianidən də narazı qalıb. Ukraynalı mütəxəssisin sözlərinə görə, israillilərlə görüşdə qapılardan qol buraxdıqları epizodda müdafiəçinin belə səhv buraxmağa haqqı yoxdur.