Zaur Məmmədov: Latviyalı futbolçunun düşüncə cəhətdən problemi var idi
07.07.2009 - 23:00
Latviya çempionatının bombardiri Girts Karlsonsun Zaqatalanın “Simurq” klubuna keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Zaur Məmmədov məlumat verib. Onun sözlərinə görə, ötən şənbə ölkəmizə gələn 28 yaşlı latviyalı hücumçu son sözünü deyib: “Karlsonsun xarakteri bizim komandaya uyğun gəlmədi. Çox çətin, şıltaq adamdır. Təqdim etdiyimiz müqaviləyə qol çəkib-çəkməyəcəyini üç gün gözləməli olduq. Karlsons çox fırlandı, çox vurnuxdu. Axırda dedi ki, mən getmək istəyirəm. Biz də onu saxlamağı lazım bilmədik və yola saldıq. Necə deyərlər, gedəni saxlamazlar. Bilirsiniz, kimsə yaxşı futbolçu ola bilər. Ancaq adamın düşüncəsi olmalıdır. Karlsons bu cəhətdən tam yararlı deyildi”.
Qeyd edək ki, Liyepayanın “Metallurq” klubundan gələn Girts cari mövsümdə vurduğu 15 qolla bombardirlər siyahısına başçılıq edir. O, Latviya milli komandasının da üzvüdür.
Qeyd edək ki, Liyepayanın “Metallurq” klubundan gələn Girts cari mövsümdə vurduğu 15 qolla bombardirlər siyahısına başçılıq edir. O, Latviya milli komandasının da üzvüdür.
0
0