Mahir Şükürov Rusiya klubuna keçir?
27.07.2009 - 15:27
Mahir Şükürov Rusiya klubuna keçir?
“Mən “İnter”i tərk etməmişəm və hələ də bu klubun oyunçusuyam. Baş məşqçimiz Kaxaber Sxadadze ilə də aramızda heç bir narazılıq yoxdur”. Bu sözləri Bakının “İnter” klubunun futbolçusu Mahir Şükürov deyib.

Bolqarıstanda təlim-məşq toplanışında olan klubundan ayrı düşən 27 yaşlı oyunçu bunun başqa səbəbləri olduğunu açıqlayıb: “Mən özüm rəhbərlikdən bir neçə günlük icazə almışam. Bu da ailə məsələləri ilə bağlıdır. Onsuz da Bolqarıstan toplanışında tam iştirak edə bilməyəcəkdim. Çünki ayın 29-u yığmanın düşərgəsində olmalıyam”.

Şükürov xarici klubların diqqət mərkəzində olduğunu da iddia edir: “Uels və İspaniya yığmaları ilə matçlardan sonra iki Rusiya klubu mənimlə ciddi maraqlanır. Onlarla ilkin danışıqları agentim aparır. Bu klubların nümayəndələri millimizin Almaniya ilə matçında da məni izləyəcək. Bu səbəbdən həmin qarşılaşmaya ciddi hazırlaşıram. Düzdür, “İnter”lə müqaviləm var. Lakin rəhbərlik söz verib ki, xarici kluba keçəsi olsam, mənə problem yaratmayacaq”.

Mənbə: extratime.az
0