“Turan” üçün daha 2 legioner
29.07.2009 - 23:05
“Turan” klubuna baxışa daha iki futbolçu gəlib. Bu haqda apasport.az saytına komandanın icraçı-direktoru Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, sınaqdan keçən iranlılar – müdafiəçi Əmin Givei və yarımmüdafiəçi Mehdi Seyfidir. Onların taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Süleymanov, həmçinin bildirib ki, komanda avqustun 1-də Bakıya gəlib hazırlıqlarını davam etdirəcək. Paytaxt toplanışında “Turan” bir neçə yoxlama matçında qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Turan”ın futbolçuları Nadir Nəbiyev, Ruslan Abbasov, Asəf Qədiri, Jinivan Suares və eləcə də Samir Musayev Tovuz təmsilçinin düşərgəsinə qatılıb.

- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
0
0