Qurban Qurbanov: Bizi narahat edən bəzi məqamlar var...
30.07.2009 - 10:38
Qurban Qurbanov: Bizi narahat edən bəzi məqamlar var...
“Rəqibin oyununu təhlil etmişik. Bizi narahat edən bəzi məqamlar var ki, onlara aydınlıq gətirməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Honka” ilə oyunu ərəfəsində gənc mütəxəssis Finlandiyaya yollanan azərbaycanlı jurnalistlərlə görüşüb. Qurbanov finlərlə matç haqda fikirlərini açıqlayıb: “Demək olar ki, oyuna tam hazırıq. Yalnız Rəşad Sadıqovun durumuna aydınlıq gəlməsini gözləyirəm. O, artıq toplu çalışmalara başlayıb. Lakin oynayıb-oynamayacağı dəqiqləşməyib. “Honka”nın sisteminə uyğun taktika seçmişik. İlk növbədə qol buraxmamaq haqda düşünürük. Həm də qol vurmağa çalışacağıq. Müdafiə 4-5 futbolçuluq iş deyil. Bütün komanda bu əməliyyatda iştirak edir. Meydanın hər yerində yaradıcı oyun sərgiləməyə cəhd göstərəcəyik. 0:1 və ya 1:2 hesabı ilə uduzmaq da sərf edə bilər”.
0