Lexkosuo: Həmin gözəl qoldan ikisini də Bakıda biz vurmağa çalışacağıq
31.07.2009 - 00:00
Lexkosuo: Həmin gözəl qoldan ikisini də Bakıda biz vurmağa çalışacağıq
“Bəli qol vurmağı bacarmadıq. Birinci hissəni yaxşı oynadıq. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Sonda məğlub olduq və bundan çox məyusam. Etiraf etmək lazımdır ki, “Qarabağ” qələbəyə layiq idi. Cərimə zərbəsi zamani əla imkanımız oldu. Ancaq şans üzümüzə gülmədi. Həmkarımın da dediyi kimi, ikinci hissədə zəifləməyə başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Honka” klubunun baş məşqçisi Mika Lexkosuo deyib.

Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyununda doğma divarlar arasında “Qarabağ”a uduzan Finlandiya təmsilçisinin çalışdırıcı bildirib ki, oyuna rəqib nəzarət edirdi: “Nəticəyə gəlincə, hələ son deyil. Səfər oyununda yaxşı müdafiə olunmalı və ən azından 1 qol vurmalıyıq. Əlimizə 1 şans düşsə belə, bundan maksimum yararlanmalıyıq”.

Lexkosuo sonda deyib ki, “Qarabağ”ın heyətində 9 nömrəli futbolçunu - Elvin Məmmədovun oyununu çox bəyənib: “Onun vurduğu qol da çox gözəl idi. Çalışacağıq ki, həmin qoldan ikisini biz də Bakıda vuraq”.

Mənbə: Futbol+
0